Brent markalı neft ucuzlaşıb
Aprelin 19-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,04% azalaraq 1 barelə görə 71,95 dollar təşkil edib.   ONA-nın məlumatına görə, aprelin 19-də Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,38% artaraq 64 dollar təşkil edib.