Azərbaycanın müxtəlif bölgələrinə qar yağdı
Lerik rayonuna güclü qar yağıb. "Legion" xəbər verir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb: "Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir". İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: "Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb". *** Əldə etdiyimiz məlumata görə, bu gecə Şimal və Aran bölgəsinə də güclü qar yağıb.