Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO
Hər gün istifadə etdiyimiz geyimlərin parçalarının istehsalında istifadə edilən kimyəvi maddələr bir çox xəstəliklərə səbəb ola bilər. Həkimlər bildirir ki, belə geyimlər bədənimizdə sağalmaz xəstəliklərə yola aça bilər. "Legion"nun “Xəzər xəbər”ə istinadən məlumatına görə, geyindiyimiz paltarları alarkən bir çox insan onların rəngli, gözəl görünüşünə aldanır. Özləri də bilmədən səhhətlərində ciddi problemlərin yaranmasına səbəb olurlar. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalır. Bildirilir ki, geyimlərdəki toksinlər birbaşa insan sağlamlığına mənfi təsir göstərir və hətta sağalmaz xəstəliklərə yol açır. Həkimin sözlərinə görə, əgər sağlamlığınızda hər hansı bir problemin yaranmamasını istəyirsinizsə, o zaman bəzi məqamlara diqqət edin. Həkim Svetlana Eyvazlı hesab edir ki, ən çox uşaq geyimlərinə fikir verilməlidir. Çünki uşaq dəriləri həssas olur və ani diqqətsizlik onlarda ciddi problemlər yarada bilər.