Bərdə doğuş evində daha bir körpə öldü
Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Gərənə kənd sakini, 1998-ci il təvəllüdlü Günay Babayeva aprelin 16-da "vaxtından əvvəl cərrahiyyə doğuşu" diaqnozu ilə doğum evinə daxil olub. Hər ikisi qız olan əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib.  Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü  tez-tez təkrarlanır. Yalnız fevral ayında orada 5 uşaq vəfat edib.