Trampın reytinqində rekord azalma
ABŞ prezidenti Donald Trampın reytinqi bu ilin ən aşağı səviyyəsini göstərir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Rusiya işi” ilə bağlı hesabat dərc olunduqdan sonra Trampın reytinqi 3 pillə geriləyib.   2019-cu ilin martında amerikalıların 43%-i prezidentin işindən razılıq edirdilərsə, aprelin 15-də bu göstərici 40% səviyyəsinə geriləyib. Hazırda ölkə sakinlərinin 56% onun işindən narazı qalıb.