Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI
Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti haqqında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. ETSN-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.    
Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz  10-12°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-55 % olacaq.  
Azərbaycanın rayonlarında - bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.     Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta,  gündüz 2-6° isti təşkil edəcək.