Şifrəniz bunlardan biridirsə, dərhal dəyişin
C Siyahını hazırlayan zaman mütəxəssislər yüz minə yaxın şifrənin saxlanıldığı ictimai məlumatlar bazasını təhlil edib. Ən “zəif” şifrə “123456” rəqəmlərindən ibarət şifrədir. Hesablamalara görə, bu şifrədən 23 milyondan çox insan istifadə edir. İkinci yerdə isə “123456789” (7,7 milyon istifadəçi) rəqəm ardıcıllığı gəlir.   Üçüncü yerdə “QWERTY” klaviş kombinasiyası (3,8 milyon), dördüncü yerdə “password” (3,6 milyon) şifrəsi gəlir. İlk beşliyi isə “1111111” (3,1 milyon) tamamlayır. Bundan başqa, ekspertlər qeyd edir ki, minlərlə istifadəçi şifrə olaraq sevimli futbol komandalarının adından istifadə edir.