İlham Əliyev Bakıda yol açılışında - FOTO
Prezident İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev sakinlərlə görüşüb. Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.