Zidan: "Benzema dünyanın ən yaxşı "9 nömrə"sidir"
"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 33-cü turunda "Atletik"lə oyunda het-trik edən Kərim Benzema barədə açıqlama verib.   46 yaşlı mütəxəssis fransalı forvardı dünyanın ən yaxşı hücumçusu adlandırıb:   "Kərim Benzema dünyanın ən yaxşı "9 nömrə"sidir. Burada 10 ildir inanılmaz işlər görür. Het-trik etdiyi üçün sevinirəm. Özünə çox güvənir və inkişaf edir".   31 yaşlı forvard bu mövsüm 50 oyuna 30 qol vurub, 10 assist edib.