Səudiyyə Ərəbistanında 37 nəfər edam olunub
Səudiyyə Ərəbistanında 37 nəfər “terror fəaliyyətində” təqsirli bilinərək edam olunub. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlama Krallığın kütləvi informasiya vasitələrində yayımlanıb. Bildirilib ki, edam edilənlərin hamısı Səudiyyə Ərəbistanı təbəəsi olub.