Bakıdakı Böyük Dəbilqədə 5 qitədən 63 ölkə iştirakını təsdiqləyib
Mayın 10-12-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinə qatılacaq ölkələrin və idmançıların ilkin siyahısı açıqlanıb.  ONA-nın məlumatına görə, yarışda 5 qitədən 63 ölkə iştirakını təsdiqləyib.  Böyük Dəbilqə üçün artıq 553 cüdoçu sifariş edilib. Onlardan 334-ü kişi, 219-u qadındır.    Azərbaycan yığması isə turnirə 46 idmançı ilə qatılmağı planlaşdırır.