Kim Çen In Rusiyaya getdi
Şimali Koreya lideri Kim Çen In Rusiyaya gedib.
Qaynarinfo xəbər verir ki, KXDR rəhbəri qatarla Primorski diyarının Xasan stansiyasına gəlib. Burada ona duz və çörək təqdim edilib. 
Kim Çen In sabah Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. 
Qeyd edək ki, Kim Çen In fevral ayında ABŞ prezidenti Donald Trampla Vyetnamın paytaxtı Hanoyda zirvə görüşü keçirmişdi