Putin Zelenskini bu cür təbrik etdi - Qərar
Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında əmr imzalayıb. Axar.az xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Qeyd edək ki, Kreml bundan öncə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini hələlik qazandığı qələbə münasibətilə təbrik etməyəcəyi haqqında məlumat yaymışdı.