Şotlandiya 2021-ci ilə qədər müstəqilliklə bağlı yeni referendum keçirəcək
Şotlandiya hökuməti 2021-ci ilə qədər müstəqilliklə bağlı yeni referendumun keçirilməsinə dair qanun qəbul edəcək.  ONA-nın xəbərinə görə, bu barədə Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib. “Şotlandlara 2021-ci ildə keçiriləcək parlament seçkilərinə qədər səsvermək imkanı verilməlidir”, - deyə N.Störcn qeyd edib.   Onun sözlərinə görə, yeni referendumla bağlı müddəa 2019-cu ilin sonunadək Şotlandiya qanunvericiliyinə daxil ediləcək.