Zinəddin Zidanın “qara siyahı”sı açıqlanıb
Uğursuz mövsüm keçirən İspaniyanın “Real” klubu yay fasiləsində heyətində islahatlar aparacaq. ONA-nın məlumatına görə, Madrid təmsilçisi 5 futbolçu ilə yollarını ayıracaq. Baş məşqçi Zinəddin Zidanın “qara siyahı”sına düşən oyunçuların adları da məlum olub. Bunlar Qaret Beyl, Markos Lorente, Daniel Sebalyos, Serxio Reqilon və Mariano Diasdır.   Futbolçuların beşi də transferə çıxarılacaq. Lakin Q.Beylin transferi çətin başa gələ bilər. Çünki ildə 15 milyon avro qazanan uelslinin həm maaşı, həm də transfer qiyməti yüksəkdir. Üstəlik, ulduz futbolçunun özü də “Real”dan ayrılmaq istəmir. Qeyd edək ki, martın 11-də “Real”a qayıdan Z.Zidan klubdakı baş məşqçi fəaliyyətinin ilk 2,5 ilində 9 titul qazanıb.