Şri-Lankada daha bir partlayış olub
Şri-Lankanın paytaxtı Kolombo şəhərindən, təxminən, 40 km məsafədə yerləşən Puqoda bölgəsində partlayış olub. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, hazırda dağıntılar, ölən və yaralananlar barədə heç bir məlumat yoxdur. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. Xatırladaq ki, Şri-Lankada Pasxa həftəsinin bazar günündə katolik kilsələrində və hotellərdə silsilə partlayışlar baş verib, nəticədə 359 nəfər ölüb, 500-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.