Alçanın kiloqramı 100 dollara satılır
İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır. "Legion"un Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib. Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur. Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil.