İspaniya klubları Superkubok və kubokdakı yeniliklərin əleyhinə çıxıblar
İspaniya klubları Superkubok və ölkə kubokunun formatının dəyişdirilməsinin əleyhinədir. ONA-nın məlumatına görə, 42 komandadan 39-u yenilikləri dəstəkləmir.  Digər klublardan ikisi format dəyişikliyinə səs verməyə hazırdırsa, biri bitərəfdir. Narazılığın əsas səbəbi yeniliklərin klublarla müzakirə olunmamasıdır.   Qeyd edək ki, İspaniya Futbol Federasiyası Superkuboku hər ilin yanvarında 4 komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilməsini istəyir. Ölkə kubokunda isə yarımfinal duelləri bir oyundan ibarət olması planlaşdırılır. Bu yeniliklər aprelin 29-da keçiriləcək federasiyanın baş assambleyasında təsdiqlənməlidir.