"Sakit Don" filminin ulduzu Elina Bıstritskaya vəfat edib
SSSR xalq artisti, teatr və kino aktrisası Elina Bıstritskaya 92 yaşında vəfat edib. ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı Malıy teatrın mətbuat xidməti məlumat yayıb.  Elina Bıstritskaya 1958-ci ildən Malıy teatrda çalışıb. O, “Sakit Don”, “Könüllülər” kimi məşhur filmlərdə rol alıb.    Bildirilir ki, aktrisa ilə vida mərasimi aprelin 29-da Malıy teatrda keçiriləcək.