Avroliqanın Bakıda keçiriləcək final oyununun büdcəsi bəlli oldu
Avropa Liqasının Bakıda keçiriləcək final oyununun büdcəsi bəlli olub.
 
ONA-nın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb.
 
Qurum rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, mayın 29-da keçiriləcək matç üçün 7 milyon dollar vəsait ayrılıb: “Avropa Liqasının finalına hazırlıq işlərinin xərclərinə gəlincə, büdcəmiz 7 milyon dollara yaxındır. Bunun tədbir üçün kifayət edəcəyinə əminəm”.
 
Qeyd edək ki, mayın 29-dakı final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.