Uqandada ən çoxuşaqlı ana aşkar olunub
Uqandada ən çoxuşaqlı ana aşkar olunub. Onun adı Mariam Nabatanzidi və o 39 yaşına qədər 38 uşaq dünyaya gətirib.

Trend xəbər verir ki, bu barədə ТСН telekanalın süjetində deyilir.

Qeyd edilir ki, həmin qadının bədəni nadir bir xüsusiyyətinə malikdir. Ona görə də o hər dəfə bir uşaqdan çox dünyaya gətirir. Öz birinci uşaqlarını M.Nanatanzi 13 yaşında doğmuştu.

Bütün ailə qəsəbədə yerləşən qəhvə plantasiyaların yaxınlığında kiçik bir sement evində yaşayır. Üç il əvvəl uşaqların atası uşaqlarını tərk etdi, və qadın indi uşaqları özü böyütməyə çalısır.