Fabio Kannavaro cəmi 2 oyundan sonra Çin milli komandasından ayrılıb
Futbol üzrə Çin milli komandasının baş məşqçisi Fabio Kannavaro istefa verib. ONA-nın məlumatına görə, 45 yaşlı mütəxəssis bunu ailəsinə və eyni vaxtda çalışdırdığı “Quançjou Everqrand” klubuna daha çox vaxt ayırmaq istəyi ilə izah edib. F.Kannavoro yığmanı cəmi iki oyuna çıxarıb. Çinlilər onun rəhbərliyi altında Tailand və Özbəkistana uduzub.   Qeyd edək ki, F.Kannavaro millinin baş məşqçisi postunda bu ilin yanvarında Asiya kubokundakı uğursuzluğa görə istefa verən Marçello Lippini əvəzləmişdi.