“Dado evdən çıxmağımı istəmir” – Natavan
Hamiləliyin son günlərini yaşayan müğənni Natavan Həbibi “X maqazin”in kamerasına tuş gəlib. Axşam.az xəbər verir ki, onun yanında həyat yoldaşı reper Dado da olub. İfaçılar valideyn olmaq üçün tələsdiklərini bildiriblər: “Dado məndən çox həyəcanlıdır, evdən çıxmağımın əlehinədir. Hər dəfə narazılıq edir. Amma hər şey yolundadır. Hərdən tənginəfəs oluram”. Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub.