“Oskar”ı almış ən gənc rejissor vəfat etdi
Kulis.az rus saytlarına istinadən xəbər verir ki, Amerika rejissoru Jon Sinqlton 51 yaşında dünyasını dəyişib.   Los-Ancelesdəki xəstəxanaların birində müalicə alan rejissorun bir neçə gün əvvəl insult keçirdiyi bildirilir.   Sinqlton 1991-ci ildə 21 yaşında ekranlaşdırdığı "Qonşuluqdakı uşaqlar" filmi ilə "Oskar" mükafatına namizəd göstərilən ən gənc rejissor kimi tarixə düşüb.