Portuqaliya futbolunda gülməli hadisə - Hakim tualetə qaçdı
Portuqaliya çempionatında “Çaves” - “Nasional” arasında keçirilən oyunda futbol meydanlarında rast gəlinməyən hadisə baş verib.    Modern.az xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodino gözlənilmədən oyunu dayandırıb. Bundan sonra laysman Jorje Krus paltardəyişmə otağına tərəf qaçıb. Baş hakim komanda üzvlərinə məsələni gülərək izah edib. O laysmanın tualetə getdiyi üçün oyunu saxlamağa məcbur olduğunu bildirib.    Qeyd edək ki, oyun 2 dəqiqəlik fasilədən sonra davam etdirilib.