Saatlıda silsilə oğurluqlar törədən cinayətkar dəstə saxlanılıb - VİDEO
Saatlıda sil-silə oğurluqlar törədən cinayətkar dəstə saxlanılıb. "Report"un Mil-muğan bürosunun verdiyi məlumata görə, rayon sakini Şivəxan Məmmədovun polis şöbəsinə müraciət edərək özünə məxsus ümumi dəyəri 2190 manat olan xırda və iri buynzulu heyvanların oğurlandığını bildirib.  Müraciətdən dərhal sonra cinayət axtarış işlərinə başlanılıb. Nəticədə hadisəni törədən Saatlı rayon sakinləri İbrahimov Seyidvəli Mirnasib oğlu, Zeynalov Kamran Rasim oğlu, Şıxəliyev Ramin Əhliman oğlu, Əliyev Elnur Məməti oğlu saxlanılıb. İstintaqın gedişi zamanı qrup üzvlərinin ayrı ayrı vaxtlarda törətdiyi cinayətlərin də üstü açılıb.  Məlum olub ki, qrup üzvlərindən Şıxəliyev Ramin, Zeynalov Kamran və İbrahimov Seyidvəli aprel ayının 10-da Saatlı rayonu Qaralar kənd sakini, Hüseynov İlhama məxsus həyətdə yerləşən tövlədən ümumi dəyəri 1200 manat olan 7 baş xırda buynuzlu heyvan oğurlayıb.16 aprel tarixində isə qrupun adı çəkilən 3 nəfəri qabaqcadan əlbir olaraq Rzayev Ərzuman Mirzə oğlunun evinə daxil olub və oradan 8 baş xırda buynuzlu heyvan oğurlamağa cəhd göstərsədə ev sahibinin səsini eşidib həmin yerdən uzaqlaşıblar. Burada əlinə qənimət keçməyən qrupun 3 üzvü həmin gün yəni 16 aprel tarixində gecə saat 03:30da Saatlı şəhəri Ordubadi küçəsində yaşayan Mürsəlov Rövşən Əlizadə oğluna məxsus həyətə daxil olaraq tövlədən ümumi dəyəri 1344 manat olan 10 baş xırda buynuzlu heyvanı oğurlayıblar. Saxlanılan şəxslər təkcə Saatlıda deyil, qonşu rayonlarda da oğurluq  etdiklərini etiraf edərək peşman olduqlarını söyləyiblər. Hazırda faktla bağlı cinayət məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə istintaq aparılır.