Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,55 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,02 dollar/barel çoxdur.  "Legion" xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.   FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.   Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,14 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,84 dollar/barel çoxdur.   Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,45 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.