Röyadan qadınlara: “Kişilər məni qoyub, sənə niyə baxsın?”
Əməkdar artist Röya Ayxan “İdeal saat” “Youtube” layihəsinin qonağı olub. Musavat.com xəbər verir ki, ifaçı səmimi açıqlamalar verib. O, evləndikdən sonra çətin günlər yaşadığını deyib:“Həyatda insana stimul lazımdır. O vaxt evli idim, özümə diqqət edirdim. Biz evləndik, böhran başladı, bütün yük üstümdə qaldı. Səhər oğlum dünyaya gəldi, axşam ona çarpayı almaq üçün səhnəyə çıxdım. İki il  mağazaya girmədim, amma 6 aya arıqladım. Qadın kişiyə hörmət qoymalıdır. Qadınların piyləri çölə çıxır. Onlara deyirəm, kişilər məni qoyub, sənə niyə baxsın? Qadın baxımlı olmalıdır”. O, bildirib ki, şou-biznesdə qızlardan o, oğlanlardan Zamiq Hüseynov zövqlüdür.