Çovdarovun işçisi azadlığa çıxır
Həbs edilən MTN generalı Akif Çovdarovun işçisi olmuş və mütəşəkkil cinayətkar dəstə üzvü kimi onunla birgə ittiham edilən Akif Əliyevin cəzası azaldılıb. "Legion" qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən A.Əliyev kassasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib. 2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir.