Facebook, İnstagram, WhatsApp çökdü - YENİLƏNİB
Facebook, WhatsApp, İnstagram sosial şəbəkələrinin fəaliyyətində yaranmış problem həll edilib.   *** Bu gün saat 16:10-dan başlayaraq, Facebook, İnstagram və WhatsApp sosial şəbəkələrində problem yaranıb. Modern.az xəbər verir ki, səbəbi bilinməyən problemin nə zamana qədər davam edəcəyi haqda məlumat verilməyib. Hər üç sosial şəbəkədə yaranmış problem sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb olub.  "Facebook" administrasiyasından bildirilib ki, şəbəkənin fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.