ABŞ səlahiyyətliləri Venesuela ilə bağlı bütün variantları nəzərdən keçirib
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik nümayəndələri Müdafiə Nazirliyi (Pentaqon) ilə Venesuelada yaşanan böhranla bağlı hərb variantları müzakirə etmək üçün görüşüblər. ONA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müzakirələr əsasən ABŞ xarici işlər naziri Mayk Pompeo, müdafiə nazirinin müavini Patrik Şanahan, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında keçirilib. P.Şanahan Venesuelada yaşanan vəziyyətlə əlaqədar toplantının əsas məqamları barədə şəxsi Tvitter səhifəsində paylaşım edib. O qeyd edib ki, Venesuelada yaşananlar azadlıq və zorakılığın mübarizəsidir və xalqın istəyinə nail olması üçün bütün variantlar nəzərdən keçirilir.  Venesuela müdafiə naziri Vladimir Padrino Lopez isə qarşı tərəfin cavabını gözlətməyib. O, çevriliş təşəbbüsünə qarşı çıxacaqlarını ifadə edərək diqqətə çatdırıb ki, silahlı qüvvələr olaraq ölkə konstitusiyasına uyğun hərəkət edəcəklər. ABŞ rəhbərliyi isə Lopezin bu açıqlamasına rəğmən Guadio və tərəfdarlarının çevriliş cəhdlərinə tam dəstək verəcəklərini bildirib.