Notr-Damın yeni şpili üçün müsabiqə elan olunacaq
Fransa hökuməti Məryəm Ana kilsəsinin şpilinin tikintisi ilə bağlı beynəlxalq arxitektura müsabiqəsi keçiriləcəyini bildirib. Mədəniyyət naziri Frank Rister deyib ki, kilsənin şpilinin tikintisi ilə bağlı fransızların fikrini bilmək üçün geniş debat və məsləhətləşmə təşkil olunacaq.  “YouGov”ın keçirdiyi sorğuya görə, fransızların 54 faizi şpilin əvvəlki formada tikilməsini istəyir. Ancaq nazir Frank Rister ölkədə kilsələrin tikintisində yeniliklərə də yer verildiyini bildirib. Bununla belə o, kilsəsinin bərpasında fransızların fikri ilə razılaşacağını diqqətə çatdırıb. Məryəm Ana kilsənin yeni şpilinin əvvəlkindən fərqli olmasının mümkünlüyü istisna deyil.