Kriştianu Ronaldo başla 100-cü qolunu vurub
Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo yubiley qolunu vurub. ONA-nın məlumatına görə, A seriyasının XXXV turunun “Torino” ilə oyunundakı (1:1) qol hücumçunun klub karyerasında başla vurduğu 100-cü top olub. 2018-ci ilin yayında İspaniya “Real”ından 100 milyon avroya transfer olunan K.Ronaldo bu qollara 4 klubun heyətində imza atıb. O, “Yuventus” və “Real”dan başqa Portuqaliyada “Sportinq”, İngiltərədə “Mançester Yunayted”in heyətində fərqlənib.