Şimali Makedoniyanın yeni prezidenti bəlli oldu
Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,5 faizi hesablanıb. "Legion" qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Sosial-demokratlar partiyasının nümayəndəsi, 56 yaşlı Stevo Pendarovski 51,7 faiz səslə qələbə qazanıb. Onun rəqibi, "BMPO-DPMNE" partiyasının üzvü Qordana Silyanovski-Davkova isə 44,7 faiz səslə məğlub olub. Qeyd edək ki, ölkənin hazırkı prezidenti George İvanovdur. O, iki dəfə prezident seçilib. Xatırladaq ki, Makedoniyanın adı bu ilin fevralında dəyişdirilərək Şimali Makedoniya adlandırılıb