Trampı “təlxək” adlandırdılar
ABŞ-ın Demokratlar Partiyasından olan prezidentliyə namizəd Co Bayden Ağ Ev rəhbəri Donald Trampı “təlxək” adlandırıb. Bu barədə “Bloomberg” məlumat yayıb. “Ona bir çox ləqəblər qoya bilərdim, lap elə “təlxək”dən başlaya bilərəm”, – deyə Bayden bildirib. Onun sözlərinə görə, Trampın “ləqəbqoyma oyunu”na qoşulmaq fikrində deyil. Keçmiş vitse-prezident Trampla diskursu “yüksək səviyyədə saxlamaq” fikrində olduğunu vurğulayıb.