ABŞ-ın hərbi hava qüvvələri raketləri lazerlə vurdu
ABŞ-ın hərbi hava qüvvələri bir neçə raketin müvəffəqiyyətli məhvi üçün lazer sisteminin yerüstü prototipindən istifadə edib. Publika.az xəbər verir ki, bu haqda “The Drive” nəşri yazıb. Amerika nəşri qeyd edir ki, sınaqlar sifarişçi (hərbi hava qüvvələrinin tədqiqat laboratoriyası) və icraçı (“Lockheed Martin” korporasiyası) tərəfindən aprelin 23-də Nyu-Meksika ştatında “Ağ qumlar” poliqonunda həyata keçirilib. Sınaqların təfərrüatları, xüsusi halda, istifadə olunmuş raketlər və təyyarələr haqqında bildirilmir.