Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində dəhşətli hadisə baş verib.  Oxu.Az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başından zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb.  Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb.  Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qadın bədəninin müxtəlif hissələrində 1-2-ci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.  Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.