Türkiyədə dolların məzənnəsi 6 lirəni keçib
Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 6 lirəni keçib. “Report” xəbər verir ki, hazırda TRY/USD nisbəti 6,02-dir. Bu, ötən həftənin yekunu ilə müqayisədə 0,06 bənd çoxdur. Türkiyədə Amerika valyutası bu qiymətə sonuncu dəfə ötən il oktyabrın 10-da olub.