Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib- SƏRƏNCAM
Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncamla Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər: “Şöhrət” ordeni ilə Ələkbərov Anar Sahib oğlu “Tərəqqi” medalı ilə Ağayeva Şəmirə Vahid qızı Bayramov Azər Novruz oğlu Əliyeva Gülşən Şəfa qızı Məmmədov Emin Səlhab oğlu Məmmədov Soltan Teymur oğlu.