Tərtər sakinini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musvat.com-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.