Şahzadə Harri və Meqan Marklın övladı dünyaya gəldi
Böyük Britaniya kraliçasının kiçik nəvəsi, Sassek hersoqu Harri və xanımı Meqan Marklın övladları dünyaya gəlib. Bu barədə Sky News telekanalı məlumat yayıb.   “Körpə və anası özlərini yaxşı hiss edirlər. Şahzadə Harri uşaq dünyaya gələrkən xanımın yanında olub. Körpə oğlan saglamdır və 3,3 kilo çəki ilə doğulub”,- deyə məlumatda bildirilir. Şahzadə Harri mətbuat nümayəndələrinə açıqlama verərkən bildirib ki, həyatında heç yaşamadığı bir təcrübə ilə qarşılaşıb və böyük həyəcan keçirib. Yeni doğulan oğlan kraliçanın yeddinci nəticəsidir.