1 milyon növ məhv olacaq - TƏHLÜKƏ
Birləşmiş Millətlər Təşkilatının Ekosistem və Bioloji Müxtəliflik Platformasının apardığı araşdırmaya əsasən,dünyada mövcud olan 8 milyon heyvan və bitki növünün 1milyona qədərinin nəslinə insanlar tərəfindən son qoyulacaq.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada 50 ölkədən 145 mütəxəssi iştirak edib.   Qeyd olunub ki, qlobal istiləşmə, təbii ehtiyatların həddindən artıq istifadəsi və ətraf mühitin çirklənməsi səbəbi ilə dənizlərdə yaşayan canlıların 1/3-in yox olma ehtimalı var.   Həmçinin qurbağa kimi həm suda həm də quruda yaşaya bilən heyvanların isə 40 faizinin nəslinin kəsilmə ehtimalı olduğu bildirilir.    Xatırladaq ki, BMT 6 ay öncə qlobal istiləşmənin dağıdıcı təsirlərindən qorunmaq  üçün 12 ildən daha az vaxt qaldığını bildirib. Buna səbəb dünya əhalisinin son 50 ildə 3.7 milyarddan 7.6milyardadək artması göstərilir.