Dövlət qulluqçularına işə qalstuksuz gəlməyə icazə verilib - Yaponiyada
Yaponiyada yay mövsümünün başlaması ilə əlaqədar dövlət qulluqçularına işə qalstuksuz gəlməyə icazə verilib. "Legion" Trend-ə istinadən xəbər verir ki, bəzi nazirlər, eləcə də nazirlik işçiləri qalstuk taxmamaqla yanaşı, işə futbolkalarda da gəliblər. Qeyd olunur ki, bu cür geyim forması oktyabrın 31-dək qüvvədə qalacaq. Bu qərar 2011-ci ildə Fukusima atom elektrik stansiyasında baş vermiş qəzadan sonra elektrik enerjisinə, o cümlədən sərinləşdirmə sistemlərinin işində qənaət ilə əlaqədardır