Gəncədə 30 yaşlı dərzi özünü asaraq intihar edib
Gəncə şəhərində 30 yaşlı dərzi özünü asaraq intihar edib. "Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Sərxan Nadir oğlu İsmayılov özünü yaşadığı evdə asaraq intihar edib. Şəhərdə dərzi işləyən gəncin özünü hansı səbəbdən asdığı dəqiq bilinməsə də onun bir müddət öncə ailəsindən ayrıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.