Çempionlar Liqası: "Liverpul" möcüzəni reallaşdırdı!
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib. "Legion" Trend-ə istinadən bildirir ki, İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib. Oyun ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolar: D.Origi (7-ci və 79-cu dəqiqələr), C.Vaynaldum (54-cü və 56-cı dəqiqələr). Beləliklə, "Liverpul" ikinci il ardıcıl olaraq UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlib. Qeyd edək ki, "Barselona"nın meydanında keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0 Origi, 7, 79, Viynaldum, 54, 56 Liverpul. "Enfild Roud" stadionu. Baş hakim: Cüneyt Çakır (Türkiyə)
ilk oyun - 0:3 "Liverpul": 13. Alisson Beker, 3. Fabinyo, 4. Vircil van Dayk, 7. Ceyms Milner, 10. Sadio Mane, 14. Cordan Henderson, 23. Cerdan Şakiri, 26. Endi Robertson, 27. Divok Origi, 32. Coel Matip, 66. Trend-Aleksandr Arnold "Barselona": 1. Mark-Andre Ter Ştegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Busqets, 7. Filip Koutinyo, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klemen Lanqle, 18. Jordi Alba, 20. Sergi Roberto, 22. Arturo Vidal