Yaponiyada bu vulkan bir ayda dördüncü dəfə püskürdü
Yaponiyanın Küsü adasında "Aso" vulkanı yenidən püskürməyə başlayıb. Trend-in məlumatına görə bu, son bir ay ərzində dördüncü püskürmə olub. Sonucu püskürmə mayın 3-də qeydə alınmışdı. Hazırda vulkanın püskürməsi ilə əlaqədar fəsadların olub-olmaması barədə məlumat verilməyib. Bununla belə, vulkanın bir neçə kilometrlik radiusunda təxliyə zonası elan edilib.