Ronaldo Messiyə görə oyunçulara və məşqçilərə hörmətsizlik edildiyini düşünür
“Barselona”da əla komanda və dünyanın ən yaxşı futbolçusu Lionel Messi var”.  ONA-nın məlumatına görə, bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib. Karyerası ərzində bir sıra klublarda oynamış ikiqat dünya çempionu vaxtilə şərəfini qoruduğu İspaniya “Barselona”sı barədə fikirlərini açıqlayıb. 43 yaşlı futbol veteranı uğurların Lionel Messi, uğursuzluqların digərləri ilə əlaqələndirilməsini hörmətsizlik hesab edir: “Bu günlərdə eşitdim ki, kataloniyalılar uduzanda Messiyə görə deyil, Valverde, Koutinyo və başqalarına görə məğlub olur. “Barselona” qalib gələndə isə bunun Messinin sayəsində baş verdiyini deyirlər. Bu, digər oyunçulara və məşqçilər korpusuna hörmətsizliyi göstərir”.  Qeyd edək ki, Ronaldo 1996/97 mövsümündə çıxış etdiyi “Barselona”da 37 oyunda 34 qol vurub.