Klub turnirlərinin bütün qalibləri
Novator.az UEFA-nın klub turnirləri ilə bağlı statistik göstəriciləri təqdim edir. 1955-ci ildə yaradılmış, 1991-ci ilədək Çempionlar kuboku adlanmış Çempionlar Liqasında Madrid “Real”ı 13 dəfə zirvəyə qalxıb. “Milan” 7, “Bavariya”, “Liverpul” və “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3,“Benfika”, “Nottingem Forest”, “Yuventus” və “Portu” 2 titula sahibdir. “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Çelsi” 1 zəfər əldə edib. 1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 5 dəfə, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya), “Atletiko” 3 dəfə, “Tottenhem”, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Höteborq”, “Real” (Madrid), “Parma”, “Portu” 2 dəfə qalib olublar. “Şalke”, “Bavariya”, “Bayer”, “Ayntraxt” (Frankfurt), “Çelsi”, “İpsviç”, “Mançester Yunayted”, PSV, “Ayaks”, “Zenit“, SSKA (Moskva), “Şaxtyor” (Ukrayna), “Valensiya”, “Qalatasaray”, “Napoli”, “Anderlext” 1 uğur əldə ediblər. 1960-1999-cu illərdə Kuboklar kuboku adlı turnir də mövcud olub. Kuboklar kubokunu ən çox “Barselona” qazanıb: 4 dəfə. “Milan”, “Çelsi”, “Anderlext” və Kiyev “Dinamo”su bu kuboka 2 dəfə sahib çıxıblar. “Atletiko”, “Qlazqo Reyncers”, “Arsenal” (London), “Fiorentina”, “Vest Hem”, “Hamburq”, “Ayaks”, “Sampdoriya”, “Parma”, PSJ, “Tottenhem”, “Sportinq” (Lissabon), “Borussiya” (Dortmund), “Bayer”, “Slovan” (Slovakiya), “Mançester Siti”, “Maqdeburq”, “Valensiya”, “Dinamo” (Tbilisi), “Aberdin”, “Yuventus”, “Everton”, “Mexelen”, “Mançester Yunayted” klublarının 1 titulu var.