Gəmidəki yanğının səbəbi açıqlandı - RƏSMİ
“Saipem” şirkəti mayın 8-də icarəyə götürdükləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsrafil Hüseynov” gəmisində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Məlumatda qəzanın borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olduğu deyilir. Bildirilir ki, qəzada xəsarət alan on dörd nəfər şirkət işçiləri tərəfindən xəstəxanaya çatdırılıblar. Onlardan yeddisi reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxslər Azərbaycan, İtaliya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdırlar. “Saipem” şirkətindən bildirilib ki, yüngül xəsarət alan şəxslərin dərhal vətənlərinə qaytarılmasını təmin etməklə yanaşı, ciddi xəsarət alan digər şəxslərin xüsusi tibbi mərkəzlərə köçürülməsi təmin ediləcək.