Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edi
Türkiyənin “Anadolu” informasiya agentliyinin əməkdaşı Əbdülqədir Nişancının axtarışları davam edir. ONA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancı ötən gün Bayburt – Trabzon arasında yerləşən Soğanlı dağında qar uçqunun təmizlənməsi vaxtı öz vəfizəsini yerinə yetirərkən uçuruma yuvarlanıb. Aparılan axtarış-xilasetmə işləri zamanı Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb. Jurnalistin tapılması istiqamətində aidiyyəti dövlət orqanları birgə axtarış-xilasetmə işlərini davam etdirir.